“Ərimin o qadını “saxladığını” bilirdim” - Qətl

erimin-o-qadini-saxladigini-bilirdim
Oxunma sayı: 3668

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və qızını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə S.Hacıyevin arvadı Maral Hacıyeva ifadə verib.

O deyib ki, ərinin Samirə adlı qadını “saxladığını” əvvəldən bilib: “O gecə saat 3-də zəng edirdi, Sahib də bundan zövq alırdı. Amma mən narahat olurdum. Bir neçə il belə davam etdi”.

M.Hacıyeva bildirib ki, S.Hacıyevdən boşanmayıb: “Bu hadisəyə qədər də bir yerdə yaşamışıq”.

Proses yanvarın 24-də davam etdiriləcək.

S.Hacıyev qeyri-rəsmi nikah münasibətində olduğu, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Samirə Əsədova və onun atası 1953-cü il təvəllüdlü Allahevrdi Əsədovu bıçaqlayaraq qətlə yetirib.

Murad Əhməd