Ərini zəhərləmək istəyərkən 15 nəfəri öldürdü - Pakistanda

erini-zeherlemek-isteyerken-15-neferi-oldurdu
Oxunma sayı: 1262

Pakistanlı qadın ərini zəhərləməyə cəhd edərkən 15 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pəncabda yaşayan 21 yaşlı Asiya Bibi bir ay əvvəl iradəsinə zidd olaraq evləndirilib. Başqasını sevən və nikahından narazı olan Asiya dəfələrlə əri ilə dalaşaraq valideynlərinin yanına getsə də, geri qaytarılıb.

Bundan sonra Asiya sevgilisi ilə birgə ərini öldürmək üçün südün içərisinə siçan zəhəri atıb. Lakin əri südü içməyib. Həmin süddən qaynanası daha sonra içki hazırlayıb və 27 nəfər zəhərlənib. Əri də daxil olmaqla onlardan 15-i ölüb. 

Asiya ittihamları rədd edərək ərini zəhərləməyə sevgilisinin onu təhrik etdiyini deyib. Lakin o, bunu etməkdən imtina edib. Qızın sözlərinə görə, sevgilisi Şahid onunla evlənmək istəsə də, o, təklifdən imtina edib.