Erməni parlamenti iclasa başlaya bilmir - Yetərsay alınmayıb

ermeni-parlamenti-iclasa-baslaya-bilmir
Oxunma sayı: 1049

Ermənistan parlamentinin bu gün keçirilməsi planlaşdırılan növbəti iclası baş tutmaya bilər.

“Qafqazinfo” xəbər verir ki, iclas kvorumun olmamasına görə ləğv olunma təhlükəsi ilə qarşı-qarşıyadır. Parlament sədri Ara Babloyan reqlamentə uyğun olaraq həmkarlarını gözləməyi, yetərsay təmin olunacağı halda iclası keçirməyi təklif edib. 

Qeyd edilir ki, iclas zalında hazırda lazım olan 53 deputatdan cəmi 41-i iştirak edir. 

Ermənistan prezidenti Armen Sarkisyan isə ölkədə baş verən son situasiyanı müzakirə etmək üçün baş nazir Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

Sarkisyan baş naziri təmkinli olmağa çağırıb. O, yaranmış vəziyyətdən konstitusiya və qanunlar çərçivəsində danışıqlar və dialoq yolu ilə çıxmağın mümkünlüyünü ifadə edib.