“Ermənilər Azərbaycandan oğurlayır”- - Nazir

ermeniler-azerbaycandan-ogurlayir-
Oxunma sayı: 2973


Bu haqda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın internetə çıxışını təmin edən “Delta Telekom” xidmətlərindən Gürcüstan, İran və Orta Asiyada da istifadə olunur: “Hələ bizdə olan məlumata görə, Gürcüstan üzərindən Ermənistan da bu internetdən istifadə edir. Amma biz bunu görə bilmirik”.

Qeyd edək ki, ermənilərin Gürcüstanla-Ermənistan sərhəddində “Delta Telekom” internetindən istifadə etməsi haqda şübhələr var.

Nazir onu da bildirib ki, qarşıdakı 8 il ərzində internetin tutum sahəsinin 4 dəfə genişləndirilməsi nəzərdə tutulub: “Azərbaycanda internet olduqca əlçatan və azaddır. Azərbaycanda olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur”.

bakupost.az