“Ermənistanda Azərbaycan məhsullarına embarqo yoxdur”

ermenistanda-azerbaycan-mehsullarina-embarqo-yoxdur
Oxunma sayı: 652

“Ermənistanda Azərbaycan məhsullarına embarqo yoxdur. Lakin mağazalar özləri qərar verə bilər,  bu məhsulları götürsünlər, alıcılar isə alsınlar, yoxsa yox”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Arutyunyan Azərbaycan almalarının bu ölkə bazarlarında satışı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan istehsalı olan almaların İrəvan bazarında satışa çıxarılması ilə bağlı xəbərlər yayılmış və bu, Ermənistanda ciddi müzakirələrə səbəb olmuşdu. Lakin meyvələrin bu ölkəyə Gürcüstan və Rusiyadan idxal olunduğu ortaya çıxmışdı.