Ermənistanda hərbçilərin olduğu maşın minik avtomobili ilə toqquşub - Ölənlər var

ermenistanda-herbcilerin-oldugu-masin-minik-avtomobili-ile-toqqusub
Oxunma sayı: 820

Ermənistanda hərbi maşın qəzaya düşüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında “Vaz 2107” markalı avtomobillə “Ural” yük maşını toqquşub. Müdafiə Nazirliyinin balansında olan yük maşınında hərbçilər olub. 

Nəticədə “VAZ 2107”dəki iki sərnişin ölüb, bir qadın isə xəstəxanalıq olub.