Ermənistanda Serj Sarkisyana qarşı mitinq keçirilir - Fotolar

ermenistanda-serj-sarkisyana-qarsi-mitinq-kecirilir
Oxunma sayı: 2310

Yerevanın mərkəzində, “Azadlıq” meydanında “Vətəndaş müqaviləsi” partiyası Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq mitinq keçirir.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Nikola Paşinyanın rəhbərliyi ilə partiya üzvləri martın 31-dən etibarən Ermənistanın şəhərlərində yürüş keçirirlər və mitinq bu gün “Azadlıq” meydanında yekunlaşacaq.

Etirazçılar aprelin 17-də parlamentin binasını, eləcə də millət vəkillərinin evlərini mühasirəyə alaraq deputatların S. Sarkisyanın baş nazir postuna namizədliyinə dair səsvermədə iştirak etməklərinə imkan verməyəcəklərini bəyan ediblər.