Ərzurumda beynəlxalq konfrans olacaq

erzurumda-beynelxalq-konfrans-olacaq
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumaına görə, bu barədə Ankaradan tədbirin təşkilatçılardan olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, "Ekoavrasiya" jurnalının baş redaktoru Hikmet Eren bildirib.

“Konfransı Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyi, Aziziyə Bələdiyyəsinin birgə təşkil etdiyi təbdir olacaq. Konfrans iki qardaş ölkənin əlaqələrinin daha da inkişafına təkan vermək üçün keçirilir. Düşünürəm ki, ortaq baxışlara, fikirlərə, vahid mövqeyə xidmət edəcək tədbirlərin davamlı olaraq keçirilməsi hər zaman gündəmdə olmalıdır”, - deyə, Hikmet Eren qeyd edib.

Konfransa Türkiyədən, Azərbaycandan millət vəkillərinin, universitet rektorlarının, siyasi ekspertlərin, dərnək sədrlərinin qatılması gözlənilir və onlar iki dövlətin siyasi, iqtisadi, mədəni və s. əlaqələrini əhatə edəcək müxtəlif məruzələr edəcəklər. Eyni zamanda, tədbir bədii formatda davam edəcək və Azərbaycandan gələn şair və aşıqların ifaları dinlənəcək.