Əsəd qaçanları snayperlə öldürtdürür

esed-qacanlari-snayperle-oldurtdurur-
Oxunma sayı: 634

. “Qafqazinfo”nun məlumatına görə, dünən baş verən əməliyyatda Ayn əl-Beyda və Kirbet əl-Coz kəndlərinə edilən basqından canını qurtarmağa çalışan 700 suriyalı Türkiyə sərhədinə qaçıb. Qaçmağa çalışan 24 yaşında bir suriyalı Türkiyə sərhədini keçdikdən sonra snayperin açdığı atəşdən həyatını itirib. Hatay valiliyinin yaralılara kömək etmək üçün bölgəyə təcili yardım maşınlarını göndərdiyi xəbər verilir.
Suriyanın böyük şəhərlərində də əməliyyatlar davam edir. Dünən zirehli maşınların girdiyi Xümus və Hama şəhərlərində 6 nəfər öldürülüb. Xəbər agentliklərinə açıqlama verən müxaliflər Xümusda mövqeyini dəyişən əsgərləri tapmaq üçün Əsəd hərbçilərinin “insan ovu”na başladıqlarını və 80 nəfəri həbs etdiklərni bildriblər
“Qırmızı xaç” Cəmiyyətinin Suriyada həbsxanaları müşahidə etmək üçün ilk dəfə olaraq hökumətdən icazə aldığı xəbər verilir. Bəşər Əsədlə görüşdən sonra “Qırmızı Xaç”ın nümayəndələrinin ötən bazar günü Şam Mərkəzi həbsxanasına baş çəkdikləri bildirilir.