“Əsgər Ailəsi” Cəmiyyəti “And Yerimiz Vətən” mövzusunda görüş keçirib

esger-ailesi-cemiyyeti-and-yerimiz-veten-movzusunda-gorus-kecirib
Oxunma sayı: 659

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Qarabağ qaziləri də iştirak ediblər. Təşkilatın rəhbəri hərbi jurnalist Qarabağ müharibə veteranı Roza Əliqızı ilk öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad etmək üçün gənclərə ayağa durmağı müraciət edib. Daha sonra Roza Əliqızı görüşün məqsədini gənclərə açıqlayaraq ölkədə hərbi vətənpərvərliyin yüksəldilməsinə və təbliğinə böyük ehtiyac olduğunu bildirib. O, ərazisi işgal altında olan ölkənin gənclərinin daha çox bu ruhda tərbiyə olunması və böyüməsinin vacib olduğunu bildirərək gənclərin və yeniyetmələrin təhsil aldığı məktəblərdə şəhidlərin adının bilməmələrinin acınacaqlı olduğunu göstərib.
Mövzu ətrafında çıxış edən Qarabağ qazisi Gizir Nurcahan Hüseynova və Rüxsarə Cumayeva Abseron təhsil şöbəsinin əməkdaşı Qarabağ müharibə istirakçısı Aslan Həziyev gənclər arasında hərbi vətənpərvərliyin doğrudan da geniş yayılmasının və təbliğ olunmasının vacib olduğunu söyləyiblər. Görüş zamanı gənclər Qazilərə müxtəlif suallarla müraciət ediblər.

“Əsgər Ailəsi” cəmiyyətinin “And Yerimiz Vətən” mövzusunda keçirdiyi görüş diskusiyalar ətrafında başa çatıb. Tədbir Prezident yanında QHT-lərə dövlət dəstəyi şurasının dəstəyi ilə keçirilib.