Əsgər atalığına qumbara atdı, sonra baltaladı - Yerevanda dəhşətli qətl

esger-ataligina-qumbara-atdi-sonra-baltaladi
Oxunma sayı: 1634

Hüquq-mühafizə orqanları əməkdaşları Yerevanda baş verən dəhşətli qətlin üstünü açıblar.

“Qafqazinfo” xəbər verir ki, 60 yaşlı Qevorq Matosyanı xüsusi qəddarlıqla qətlə yetirən şəxsin 20 yaşlı ögey oğlu Andrey Xalilyan olduğu məlum olub. 

Qeyd edək ki, 60 yaşlı kişinin parçalanmış halda olan meyiti qətlindən bir ay sonra tapılıb. 

Qətli törədən Xalilyanın əsgər olduğu, qətli isə apreldə qısamüddətli ezamiyyət zamanı törətdiyi məlum olub. O, atalığını xüsusi qəddarlıqla öldürüb. Belə ki, Xalilyan əvvəlcə ona qumbara atıb, daha sonra tövlədə balta ilə doğrayıb. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.