Əsgərimiz yaralandı

esgerimiz-yaralandi
Oxunma sayı: 638

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı N saylı hərbi hissənin əsgəri 1991-ci il təvəllüdlü Sərxan Azər oğlu Əhmədov düşmənin açdığı atəş nəticəsində yaralanıb.

Yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyət orta ağır qiymətləndirilir.

Əhmədov ötən ilin oktyabrında Şərur rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.