Etibarnamə ilə maşın alanlara- - Xəbərdarlıq

etibarname-ile-masin-alanlara-
Oxunma sayı: 12311


Səbəb bunun daha asan və ucuz başa gəlməsidir. Alıcı elə düşünür ki etibarnaməni və texniki pasportu alıbsa, artıq avtomobil ona məxsusdur. Amma bu avtomobilin hüquqi olaraq satılması demək deyil.

Məsələn avtomobilin hüquqi sahibinin hər hansı bir hüquqi müstəvidə maddi öhdəliyi yaranarsa məhkəmə qaydasında həmin avtomobil müsadirə oluna bilər. Bu zaman əsas ziyan onu alan ikinci şəxsə dəyir.

Əsas problemlərdən biri də odur ki, əgər etibarnamə əsasında avtomobili satan şəxs dünyasını dəyişərsə həmin mülk üzərindəki hüquq onun varislərinə keçir. Yəni onun övladları yaxud həyat yoldaşı istədiyi vaxt həmin avtomobili de-fakto sahibinin əlindən ala bilər.

Avtomobil sahiblərinin əksəriyyəti də hesab edir ki, əslində etibarnamə ilə avtomobil almaq ən etibarsız üsuldur.

Xəzər TV