Eurovision-un Mətbuat Mərkəzi mayın 13-dən açılacaq

eurovision-un-metbuat-merkezi-mayin-13-den-acilacaq
Oxunma sayı: 666

“Qafqazinfo”nun Eurovision.az saytına istinadən xəbərinə görə, “Bakı Kristal Zalı"nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində həmçinin eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.
Nigar Məmmədli