“Facebook”a bu gündən yeni funksiya gəlir

facebooka-bu-gunden-yeni-funksiya-gelir
Oxunma sayı: 1521

“Facebook” sosial şəbəkəsində fevralın 5-dən etibarən yeni funksiya qüvvəyə minir.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra messencerdə göndərilən mesajları on dəqiqə ərzində silmək mümkün olacaq. 

Bunun üçün ekrandakı mesajın üzərində düyməni sıxaraq “hər kəs üçün silmək” və ya “özün üçün silmək” funksiyalarından birini seçmək lazım gələcək. 

Yeni funksiya İOS və Android əməliyyat sisteminin son versiyalarının bütün istifadəçiləri üçün əlçatan olacaq.