Faciə günü konsert verən Tarkandan - - Açıqlama

facie-gunu-konsert-veren-tarkandan-
Oxunma sayı: 2710


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan ittihamlara “Twitter”dən aydınlıq gətirib: 

“Konsertimdən sonra Soma hadisəsindən xəbərdar oldum. Soma faciəsiylə əlaqədar dərin acı və kədər içindəyəm. Bu faciədə həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı, yaralılara isə təcili şəfalar diləyirəm. İllərdir mədən ocaqlarında çalışan işçilərin yaralandığına və həyatlarını itirdiklərinə içimiz sızlayaraq şahid oluruq.

İnsan həyatına və əməyinə dəyərin az olduğu ölkəmizdə, bu çətin şərtlərdə çalışan işçilərin can təhlükəsizliyinin təmin edilməsi və bu qəzaların bir daha olmaması üçün lazımlı tədbirlərin alınmasını xahiş edirəm. Faciə sonrası möcüzə gözləmək yerinə ola biləcək qəzalara qarşı tədbir alınıb bu faciələri maneə törədilməsi lazımdır”.