Fahişəliyə cəlb edən qadın həbs olundu

fahiseliye-celb-eden-qadin-hebs-olundu
Oxunma sayı: 642

Noyabrın 30-na keçən gecə III Alatavada yaşayan Namiq Pənahova məxsus «VAZ-21074» markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon və sənəd oğurlanıb. Nəsimi RPİ 20-ci PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Niyaməddin Məmmədov tutulumuş və ondan 0,157 qram heroin aşkar edilib.

Noyabrın 30-u saat 00:05 radələrində Badamdar şossesində Şamaxı rayon sakini Zaur İsmayılov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Quba rayon sakinləri İlham Hidayətov və Elvin Qəribovu vurub. Nəticədə İ.Hidayətov hadisə yerində ölmüş, E.Qəribov isə KTM-ə yerləşdirilib.

Noyabrın 29-da A.Məhərəmov küçəsində Masallı rayon sakini Kamil Kazımov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə KTM-ə daxil olmuş və orada ölüb. Bakı şəhər BPİ CAİ, Nəsimi RPİ CAŞ və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində K.Kazımovu qətlə yetirən Masallı rayon sakini Tural Səfərli noyabrın 30-da yaxalanıb.

Noyabrın 27-də metronun «Elmlər Akademiyası» stansiyasında Zeynəb Rüstəmovanın mobil telefonu cibindən oğurlanıb. Metropolitendə PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Sevil Məmmədova noyabrın 30-da yaxalanıb.

Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Nicat Aslanov noyabrın 30-da yaxalanıb.

Binəqədi RPİ CAŞ və 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Rəşad Qurbanov noyabrın 30-da yaxalanıb.

Nərimanov RPİ 18-ci PB və Quba RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Qeybulla Məmmədov noyabrın 30-da yaxalanıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 243-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Günay Babayeva noyabrın 30-da yaxalanıb.

Noyabrın 23-nə keçən gecə A.Manafov küçəsində yerləşən, Ramella Şahhüseynovaya məxsus mağazadan qapını sındırma yolu ilə noutbuk, danışıq kartları və tütün məmulatları oğurlanıb. Nizami RPİ CAŞ və 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Taleh Mustafayev və Zaur Quliyev noyabrın 30-da yaxalanıblar.