Faiq Ağayevdən toydan qovulması ilə bağlı - - Açıqlama+Foto

faiq-agayevden-toydan-qovulmasi-ile-bagli-
Oxunma sayı: 4220


“Cılız, xırda, əhəmiyyətsiz bir məsələdir. Amma Bakıdakı dostlarım reaksiya vermeyimi məndən təkidlə rica etdilər.

Bu axşam saytların birində "Faiq Ağayevi məmur oğlunun toyundan qovdular" başlıqlı bir DEZİNFORMASİYA dərc edilib. 

1. Mən Bakıda deyil, artıq 9 gündür ki, Rusiya Federasiyasındayam (Krasnoyask, daha sonra - Moskva).

Fiziki olaraq, 7 iyun tarixində Azəbaycanda, Bakıda ola bilməzdim.

2. Mənim heç bir zaman "Hummer" markalı avtomobilim olmayıb, sürdüyüm maşın - "Cadillac - Escalade"dir.

3. Bunları nəzərə alaraq, həmin o saytın YALANÇI "əməkdaşı" hansı "bilavasitə şahid"likdən dəm vurur?

4. 055 743 ….. nömrəsinden zəng edən şəxs həmin o "jurnalist" idi isə, dəstəyi götürməyimi gözləyərdi, ta "vızov" atmazdı.

Sübutsuz danışmağı sevmirəm. Elavə etdiyim fotolardan açıq-aydın görünür ki,

- Bakıdan 30 may tarixində getmişəm,

- Krasnoyarskda 31 may-02 iyun arası olmuşam

- Hal-hazırda Moskvadayam və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Qonaq Evində qalıram.

- Moskvada 02-15 iyun tarixlərinə qeydiyyata alınmışam

- Bakıya 10 iyun tarixinde 853-cü reysle yola düşeceyem.

Adını jurnalist qoymaq istəyənlər - YALAN danışıb, camaatı özünüzə güldürməyin”.