Fatimə Xatundan küsdü, qardaşını işdən çıxardı

Fatimə Xatundan küsdü, qardaşını işdən çıxardı
Oxunma sayı: 3326

Son günlər müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətıliyeva arasındakı qalmaqal gündəmdən düşmür.

“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, Xatun Fatimənin onun ideyasını oğurladığını demişdi. Müğənni Yeni ildə etdirdiyi fotosessiyanın eynisini rəqqasənin də etməsindən gileylənib.

Xatunun bu addımı Fatimənin salonunda çalışan stilist qardaşı Balaşın başında çatlayıb. Belə ki, Fatimə Balaşı işdən çıxarıb.

Rəqqasə bu etirafı “Hər şey daxil” verilişində edib. O bildirib ki, artıq Xatunla dostluqları bitib və düşmənə çevriliblər:

“Xatunla əvvəl aramızda soyuqluq var idi, sonra barışdıq. Sonra Balaşı salonuma dəvət etdim. Balaşa hörmət etmişəm, həmişə də edəcəm. Amma artıq mənimlə çalışmır. Necə mənimlə çalışa bilər ki? Xatunla dost olmuşuq, amma indi deyilik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi