Fazil Məmmədov: “Biz çalışırıq ki, biznesmenlər üçün əlverişli olsun”

fazil-memmedov-biz-calisiriq-ki-biznesmenler-ucun-elverisli-olsun
Oxunma sayı: 642

Bu, Vergilər Nazirliyinin də qarşısına yeni vəzifələr qoyur.
“Qafqazinfo” AzərTAca istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın vergilər naziri Fazil Məmmədov fevralın 9-da Bakıda keçirilmiş vergi forumunda demişdir. Nazir bildirmişdir ki, vergi sistemindəki islahatlar Azərbaycanın gündən-günə artan innovativ inkişafına dəstək verir. Hazırda vergi sisteminin stabilliyi və proqnozlaşdırıla bilən olması istiqamətində aparılan işlər davam etdirilir. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi başa çatmaqdadır. Lakin iqtisadi münasibətlər kontekstində qanunvericilik bir daha nəzərdən keçirilməlidir.

Fazil Məmmədov artıq əlaqədar qurumların və beynəlxalq təşkilatların iştirakı ilə bu məsələnin müzakirə olunduğunu diqqətə çatdırmışdır. “Biz çalışırıq ki, vergi inzibatçılığı biznesmenlər üçün əlverişli olsun. Bu istiqamətdə xeyli işlər görülmüşdür və görülməkdə davam edir. Biznes mühitinin yaxşılaşdırılması və prosedur qaydalarının sadələşdirilməsi, eləcə də vergi ödəyicilərinin vaxtında məlumatlandırılması təmin edilmişdir. Korrupsiya hallarına qarşı tədbirlər fonunda Vergilər Nazirliyi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi üçün çalışır. Bu məqsədlə müasir elektron texnologiyalarından istifadə olunur”.