Fədayə Laçınla bağlı daha bir məhkəmə qərarı

fedaye-lacinla-bagli-daha-bir-mehkeme-qerari
Oxunma sayı: 5120

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun konvoy qatarından qaçırılmasında təqsirli bilin müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayon Məhkəməsi istintaqın F.Laçının həbs müddətinin 3 ay uzadılması barədə təqimdatı təmin edib. Belə ki, F.Laçın avqustun 23-dək həbsdə qalacaq.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

“Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Onunla birgə qaçan dustaq Əli Ağami isə həbs edilib.

Murad Əhməd