Fərdi uçot sistemində Türkiyə vətəndaşları çoxluq təşkil edir

ferdi-ucot-sisteminde-turkiye-vetendaslari-coxluq-teskil-edir
Oxunma sayı: 639

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, 2011-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1 622 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11 733 nəfərə yüksəlib.

Ümumilikdə 93 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları (6783 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1452 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 616 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (396), Hindistan (275), Çin Xalq Respublikası (244), Britaniya və Şimali İrlandiya Krallığı (146), Özbəkistan (140), Bosniya və Hersoqovina (128), Böyük, Pakistan İslam Respublikası (102), Filippin (98), Almaniya (94), Ukrayna (92), Malayziya (80), Türkmənistan (81), Qazaxıstan (68), İtaliya (68), ABŞ (62) və s. ölkələr gəlir.

Nigar Məmmədli