Fəridənin günü...

feridenin-gunu
Oxunma sayı: 5608

Bu gün ötən ilin dekabrında Tufandağ istiqamətində itkin düşən xanım alpinist Fəridə Cəbrayılzadənin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, o, 1991-ci ilin martın 15-də Masallı rayonunda anadan olub. F. Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib və velosipedçidir.  Eyni zamanda  fotoqraflıqla da məşğul idi. 

Xatırladaq ki, 2017-ci il  dekabrın 23-də  Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvünün taleyindən bu günə qədər də xəbər yoxdur. İtkin düşən alpinistlər Babur Hüseynov Namin Bünyatzadə və Fəridə Cəbrayılzadədir.

Günel Türksoy