Finlandiyada Novruz bayramı qeyd olunub - Fotolar

Finlandiyada Novruz bayramı qeyd olunub
Oxunma sayı: 990

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri və Komitə sədrinin köməkçisi Finlandiyada keçirilən Novruz şənliyində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ilk olaraq Skandinaviya ölkələri üzrə Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli qonaqlara Komitə sədrinin salamlarını və bayram təbrikini çatdırıb, onlara həm milli bayramımız haqqında ətraflı məlumat verib, həm də birlik və bərabərlik arzulayıb. 

Bayram tədbirində bu ölkədəki türk diaspor təşkilatlarının təmsilçiləri, Finlandiyadakı diplomatik korpusun nümayəndələri, Norveçdəki “Can” təşkilatının rəhbəri Şervin Nəsəfpur, Kölndən gələn və Azərbaycanı çox sevən istedadlı müğənni Seyran  İsmayılxanov iştirak edib.

14 yaşlı Aysu Saeidinin hazırladığı Novruzu xarakterizə edən video böyük marağa səbəb olub.

Qonaqlara  Diasporla İş üzrə DK-nın tanıtım videosu da təqdim edilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi