Fitosanitar Nəzarəti Xidmətində müşavirə keçirilib

fitosanitar-nezareti-xidmetinde-musavire-kecirilib
Oxunma sayı: 1171

Mayın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində “Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi” mövzusunda müşavirə keçirilib. 

“Qafqazinfo”nun xəbərinə görə, müşavirədə çıxış edən Dövlət Xidmətinin rəisi Camal Quliyev ölkədəki mövcud fitosanitar vəziyyəti təhlil edərək zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin rasionallaşdırılması, bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. 

Qeyd edilib ki, məhsul istehsalçıları ilə əlaqələr genişləndirilməli, texniki innovasiyalar əsasında respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizmi təkmilləşdirilməlidir.

Müşavirədə bitki mühafizəsi tədbirlərinin çevikliyini, obyektivliyini və etibarlılığını təmin etmək məqsədi ilə əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinin proqnozu əsasında mübarizə tədbirlərinin vaxtının və həcminin müəyyənləşdirilməsi, məlumat və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı daxili kommunikasiya sistemlərinin inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə edilib və müvafiq tapşırıqlar verilib.