Fransa hökumətinin yeni tərkibi açıqlandı - Siyahı

fransa-hokumetinin-yeni-terkibi-aciqlandi
Oxunma sayı: 665

Fransada baş nazir Eduard Filippin rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey sarayının baş kitabı Aleksi Koler bildirib.

Ölkənin Daxili işlər naziri postuna Lion şəhərinin meri Jerar Kolon, müdafiə naziri vəzifəsinə Silvi Qular (S. Qular bundan öncə yeni prezident emmanuel Makronun “İrəli” hərəkatını dəstəkləyib, özü “Demokratik hərəkat” partiyasını təmsil edir) təyin olunub.

Fransua Ollandın prezidentliyi dövründə, 2012-2017-ci illərdə  müdafiə naziri postunu tutmuş Jan-İv Le Drian yeni hökumətdə Avropa və xarici işlər naziri vəzifəsinə təyinat alıb. 

“Respublikaçılar” partiyasından olan millət vəkili Bryuno Le Mer iqtisadiyyat naziri seçilib. O, daha əvvəl Fransanın Avropa məsələləri üzrə dövlət katibi, kənd təsərrüfatı, qida, balıpqçılıq və ərazi planlaşdırılması üzrə naziri olub.

Fransanın ədliyyə naziri vəzifəsinə Fransua Bayru təyin olunub.

Qeyd olunur ki, yeni hökumətin ilk iclası mayın 18-də keçiriləcək.