Fransada kütləyə atəş açıldı - 4 ölü, 10 yaralı

fransada-kutleye-ates-acildi
Oxunma sayı: 2529

Fransanın Strasburq şəhərində Kleber meydanında qurulan Yeni il bazarında insanlara atəş açılıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Hadisədən sonra polis silahlı şəxsin kimliyini dəqiqləşdirib. Onun adı hələlik açıqlanmasa da, 29 yaşında olduğu bildirilir.

Hazırda cinayətkarın tutulması istiqamətində tədbirlər görülür. Almaniyaya qaçma ehtimalına qarşı sərhəd məntəqələrində də nəzarət tədbirləri gücləndirilib.