Fransanın Azərbaycandakı viza şöbəsi bağlanır

fransanin-azerbaycandaki-viza-sobesi-baglanir
Oxunma sayı: 659

Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, viza ücün müraciət edən şəxslərin qəbulunu yaxşılaşdırmaq məqsədi ilə həyata kecirilən irimiqyaslı təmir işləri ilə əlaqədar, Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsi bu il sentyabrın 7-22-dək 5 iş günü ərzində bağlı olacaq.

Qeyd olunur ki, şöbənin bağlı olacağı günlərin dəqiq tarixləri barədə avqustun 27-dək ictimaiyyətə məlumat veriləcək. Hazırda viza almaq üçün müraciətin təqdim olunması ilə bağlı görüşlərin təyin olunması üçün tələb olan muddət 12 iş gününü əhatə edir. Buna müraciətin baxılması ücün nəzərdə tutulan müddət – ən azı 5 iş günü əlavə edilir.

Diplomatik və xidməti pasport sahibləri görüş təyin edilmədən bazar ertəsindən-cümə gününədək saat 15.00-16.00 saatları arasında viza söbəsinə yaxınlaşa bilərlər. Müraciətin baxılması ücün minimum 2 iş günü lazımdır.

Məlumat verilib ki, nəzərdə tutulan işlərdən asılı olaraq və vizaların verilməsini düzgün səraitdə həyata kecirmək məqsədilə, Fransa səfirliyinin viza verdiyi ölkələrə (Fransa, İspaniya, Portuqaliya, Belçika, Luksemburq, Niderland) səfər etməyi nəzərdə tutan şəxslərdən səfərlərini planlaşdırdıqları zaman prosedurun müddətinin ümumi şəkildə uzanacağını nəzərə almaq xahiş edilir.

Bundan əlavə, Fransanın Azərbaycandakı səfirliyinin viza söbəsi viza müraciətlərinin qəbulu və müraciətlərə baxılma ilə bağlı imkanlarına uyğun olaraq, verilən görüşlərin sayının dəyişdirilməsi imkanını özündə saxlayır.