Fransanın birinci ledisi seriala çəkilib - Video

fransanin-birinci-ledisi-seriala-cekilib
Oxunma sayı: 1883

Fransa prezidentinin xanımı Bricit Makron yerli serialladan birində rol alıb.

“Qafqazinfo” xəbər verir ki, birinci ledinin çəkildiyi bölüm sentyabrın 15-də efirə çıxacaq. 

Qeyd edilir ki, “Vestiaires” qısametrajlı serialdır. Əsas qəhrəmanları fiziki qüsurlu üzgüçülər Romi və Orsondur. Serialın aktyoru Adda Abdelli bildirib ki, Makronun serialın fanatı olduğunu bildikdən sonra ona belə bir təklif ediblər. 

Çəkiliş üçün birinci ledi daha əvvəl publika qarşısında geyinmiş olduğu mavi kostyumu seçib.