“Fukusima-1”-də temperatur qalxdı

fukusima-1-de-temperatur-qalxdi
Oxunma sayı: 648

Cihazların göstərdiyinə görə, son 10 gündə enerji blokunun daxilində temperatur 45 dərəcədən 71,7 dərəcəyədək yüksəlmişdir. TEPKO-dan bildirmişlər ki, digər ötürücülərdə temperatur dəyişikliyi aşkar edilməmişdir.

Mütəxəssislərin bildirdiyinə görə, reaktorda temperatur dəyişikliyi soyutma sistemindəki boruların təmiri ilə bağlıdır. Belə ki, təmir zamanı enerji blokunun daxilində suyun dövriyyəsinin azalması temperaturun atmasına səbəb olmuşdur.
Hazırda temperaturun yüksəlməsinin qarşısının alınması və 100 dərəcəlik norma çərçivəsində saxlanılması məqsədilə müvafiq işlər görülür.