Futbolçular prezidentə müraciət ünvanlayacaq

futbolcular-prezidente-muraciet-unvanlayacaq
Oxunma sayı: 622

Araşdırmalardan belə aydın oldu ki, hətta stadionun qapıları belə futbolun üzünə bağlıdı. Prezidentin futbolun inkişafına dair sərəncamına əhəmiyyət verməyən keçmişi olub indi olmayan klubun rəhbərliyi heç futbolçuların maaşını da verməyib. Artıq futbol üzünə həsrət qalan zonada azarkeşlərdə ayağa qalxmaq üzrədi. Birinci divizionda fəaliyyətini dayandıran əyalət təmsilçisi heç klubu yenidən yaratmaq barədə heç nə düşünmür. Vaxtilə Azərbaycan çempionatında və kubokunda xeyli irəliləyən və hətta kubokun finalına çıxan MKT Arazın indi heç iyi tozu da qalmayıb. Futbol adına əyalətdə heç nə qalmyıb. Bir vaxtlar ölkəmizin ən yaxşı stadionlarından biri “idmanın şahın”ın üzünə bağlanıb.

Maaşların hələdə verilməməsi futbolçuları və onların valideynlərini ayağa qaldırıb. Onlar ölkə prezidentinə məktub ünvanlamaq istəyirlər. Bu barədə klub rəsmilərindən məlumat aldıq.

Onlar əllərində imkan olmadığını və bunun üçün icra başçısına müraciət etdilərini bildirdilər. Klub rəsmiləri sözlərinə görə icra başçısının onlara kömək etmək istəmədiyini də əlavə etdilər.

Faktları dəqiqləşdirmək üçün İcra hakimiyyətinin də qapısını döydük. Ordan isə bildirdilər ki, bizə heç kəs müraciət eləməyib. Əgər müraciət etsəydilər, yəqinki bizdə əlimizdən gələn köməyi edərdik. Amma bizdən heç kəs yardım istəməyib. Bizim heç bu olanlardan xəbərimiz yoxdu.

Artıq neçə vaxtdır futbolsuz qalan imişlililər öz doğma komandalarını qaytarmaq istəyirlər. Lakin heç kim bir vaxtlar ad çıxaran MKT Araza sahiblik eləmək istəmir. Stadionun qapıları bağlanıb və sanki heç vaxt burda futbol olmayıb kimi.

Sonda qeyd edək ki, Heydər Əliyev adına stadiona və prezidentin sərəncamına hörmətsizlik davam edir.