Füzulidə Silahlı Qüvvələr Günü qeyd edilib - Fotolar

fuzulide-silahli-quvveler-gunu-qeyd-edilib
Oxunma sayı: 2245

Füzuli rayonunun N saylı hərbi hissəsində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri Alı Alıyev açaraq hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib:

“Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düşmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq.“

Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilib.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.