“Gecə və səhər yollar buz bağlayacaq” – Xəbərdarlıq

gece-ve-seher-yollar-buz-baglayacaq-xeberdarliq
Oxunma sayı: 649

Mülayim qərb, cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Nigar Məmmədli