Gələn ildən yük maşınları paytaxta buraxılmayacaq- - Nazirlik

gelen-ilden-yuk-masinlari-paytaxta-buraxilmayacaq-
Oxunma sayı: 1644


“Qafqazinfo” xəbər verir ki, bu barədə SalamNews-a Nəqliyyat Nazirlyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu yarışda iştirak edəcək qonaqların, nümayəndə heyətinin sərbəst hərəkəti üçün xüsusi zolaqlar salınacaq. Yük maşınları bu zolaqlarda, yollarda təhlükə, tıxac yarada bilərlər. Ona görə yollarda olmayacaq. Ağırtonnajlı maşınlar bizim ən bəlalı yerimizdir. Yolların sıradan çıxmasında ən başlıca səbəb ağırtonnajlı maşınlardır. Odur ki, onların şəhərdə hərəkəti ilə bağlı xüsusi tədbirlər planı hazırlanır.