Gənc qızın intihara cəhdini “semiçka” çırtlayaraq izlədilər - Video

genc-qizin-intihara-cehdini-semicka-cirtlayaraq-izlediler
Oxunma sayı: 2900

Əskişəhərdə Gültən adlı 22 yaşlı qadın intihara cəhd edib.

“Qafqazinfo” DHA-ya istiandən xəbər verir ki, tikilməkdə olan bir binaya çıxan gənc qızı fikrindən daşındırmaq üçün polislər uzun müddət danışıq aparmalı olublar.

Binanın damında baş verən bu prosesi aşağıdakı insanlar “semiçka” çırtlayaraq izləyiblər.

Polislərin cəhdləri bir nəticə verməyib və psixoloq qadın çağırılıb. Sonda gənci qız intihar fikrindən yayındırmaq mümkün olub. O, təcili yardımla Əskişəhər Dövlət Xəstəxanasına aparılıb.

Hazırda intihara cəhdin səbəbi araşdırılır.