Gəncədə 27 yaşlı kişi bıçaqlandı

gencede-27-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 644

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Mətləb Rəşid oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirib.
RM. Əmiraslanovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.