Gənclər kütləvi aksiyalara başlayır

gencler-kutlevi-aksiyalara-baslayir
Oxunma sayı: 693

Bu musavat.com-a açıqlmasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib. Onun sözlərinə görə rəhbərlik etdiyi komitə “fasebok” və “tvitter” sosial şəbəkələrində aksiya və kampaniyalarına durmadan davam edir: “Dekabrın 10-da 2 aprel mitinqinə görə həbs olunan, vicdan məhbusu Elnur Məcidlinin ad gününü təntənəli şəkildə qeyd edəcəyik. Həmdə onunla bağlı bloq yazı kampaniyası keçirəcəyik. Dekabrın sonundan başlayaraq ölkədə böyük sosial kampaniyaya başlayacağıq. Bilirsiniz ki, ölkəmizdə hipoteka kreditlərinin şərtləri çox ağırdır və bu gənclərin ailə qurmasına mane olan başlıca amilə çevrilib. Bizim hipoteka kreditləri ilə bağlı səmərəli təkliflərimiz var və bunu yaxın günlərdə açıqlayacağıq. “Hər gəncin bir evi olsun” kampaniyamıza hazırlıq işləri gedib və yaxında start verəcəyik. Qapı-qapı gəzib mənzillərə hazırladığımız hipoteka kreditlərinin şərtlərini vuracağıq. Məqsədimiz vətəndaşların bu projemizə imzalarını toplayaraq hökümətə göndərməkdir.

“Biz Müsavat Gənclər Təşkilatı olaraq ölkəmizdə baş verən istənilən özbaşınalığa və insan hüquq və azadlıqlarının bərpası uğrunda aksiya və mitinqlərin keçrilməsinin tərəfdarıyıq və bu kimi aksiyalarımızı keçirəcəyik”. Bu isə Müsavat Gənclər Təşkilatının sədr müavin Səxavət Soltanlının fikirləridir. O qəzetimizə açıqlamasında qeyd etdi ki, bu bizim hüququmuzdur və heç kim bunu bizə qadağan edə bilməz: “Hesab edirik ki, Azərbaycan hakimiyyəti yaratdığı bütun sferalarda problemlərin həllini dərhal həyata keçirməlidir. Sərbəst toplaşma azadlığı qadağan olunub, mətbuata təzyiqlər davam edir. Təhsil və səhiyyədə problemlər deyiləsi deyil , orduda özbaşınalıq baş alıb gedir. Hökümət isə öz növbəsində gərəksiz layhiyələri ilə büdcəni talamaqla məğuldur”.

S.Soltanlı deyir ki yeganə çıxış yolu durmadan etiraz aksiyalarına davam etməkdir: “Yalnız bu yolla problemləri ictimailədirə bilərik. Əsgər ölümləri ilə bağlı izdihamlı aksiya keçirdik. Növbəti günlərdə digər sahələrdəki problemlərlə bağlı aksiyalarımız olacaq. Hazırda ciddi hazırlıq işləri gedir”.