General jurnalistin başını kəsib

general-jurnalistin-basini-kesib
Oxunma sayı: 634

Kiyevin Peçyora Rayon Məhkəməsi yanvarın 29-da Pukaça hökm oxuyub. Sabiq general ifadəsində iddia edib ki, Qonqadzeni yalnız qorxutmaq istəyib, amma kəmər jurnalistin boynunda təsadüfən dartılıb.

Hökmdə isə bildirilir ki, Pukaçın hakimiyyət səlahiyyətlərini aşması və qətl törətməsi toplanmış faktlar əsasında sübut olunub.

Qonqadze Kuçmanın prezidentliyi dövründə (1994-2005) rejimə müxalifətdə duran “Ukrainskaya pravda” internet qəzetinin redaktoru olub. O, 2000-ci ildə öldürülüb.

Pukaç 2009-cu ildə həbs olunub. Ukrayna Baş Prokurorluğu müəyyənləşdirib ki, qətli Pukaç və daha üç milis zabiti həyata keçirib. Onlar bunu daxili işlər naziri Yuri Kravçenkonun tapşırığı ilə ediblər. Kuçmanın prezidentliyi dövründə onun mühafizəçisi olmuş Nikolay Melniçenko qətl sifarişinin dövlət başçı Leonid Kuçmadan və Ukrayna Ali Radasının sabiq sədri Vladimir Litvindən gəldiyini iddia edir. Kuçma və Litvin isə jurnalistin qətlində əlləri olmadıqlarını iddia edirlər. /Mediaforum/