Goranboy və Ağcabədidə ev yanıb

goranboy-ve-agcabedide-ev-yanib
Oxunma sayı: 648


 

 “Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli kürsülü 5 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 56 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 Bundan başqa, Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.