Gözəllik kraliçasını öldürən qatilə 21 il həbs verildi

gozellik-kralicasini-olduren-qatile-21-il-hebs-verildi
Oxunma sayı: 1443

“Missis World Russia 2016” yarışmasının finalisti Kseniya Metsqeri xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Maqnitoqorsk sakini Aleksandr Maqilets həbs edilib.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, məhkəmə qərarı ilə qatilə 21 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasının 2 ilini adi həbsxanada, 19 ilini isə ciddi rejimli islahedici koloniyada çəkəcək.

Xatırladaq ki, model ötən il avtomobilini satmaq istəyərkən çəkiclə öldürülüb. Qatil isti izlərlə saxlanılıb.

Qeyd edək ki, Kseniya ailəli və bir uşaq anası olub.