Gözlənilən hücum başladı - Fotolar

gozlenilen-hucum-basladi
Oxunma sayı: 3934

Müstəqillik referendumu səbəbindən ətrafında müzakirələrin aparıldığı İraqın Kərkük şəhərinin qərbinə İraq ordusu tərəfindən əməliyata start verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mosul və Təlafəri İŞİD-dən təmizləyən İraq ordusu, indi də Kərkükə doğru irəliləyir.

Əməliyyatın ilk günündə bir neçə kənd azad edilib.

Şəhərin Havicə qəsəbəsi civarında 1500-ə yaxın terrorçunun olduğu bildirilir.

Qeyd edək ki, sən günlər Kərkükdə vəziyyət gərgindir. Zəngin neft yataqları olan şəhərdə türkmənlər, ərəblər və kürdlər birlikdə yaşayır.

İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirmək istədiyi referendumdan sonra Kərkükün kürdlərin hakimiyyəti altına keçəcəyindən ehtiyat edilir. Buna görə də, referendum öncəsi əməliyyatın başlaması, Bərzani hökumətinə də təzyiq kimi qiymətləndirilib.