Güclü zəlzələlər olacaq

guclu-zelzeleler-olacaq
Oxunma sayı: 2512

Kaliforniyada "İrma" qasırğasını belə unutduracaq zəlzələ gözlənilir. Milyonlarla insanın ölüm təhlükəsilə üz-üzə qalacağı proqnozlaşdırılır.

“Qafqazinfo” publika.az-a istinadən xəbər verir ki, alimlər güclü zəlzələnin Kaliforniyanı dağılma təhlükəsilə qarşı-qarşıya qoyacağını deyib. Zəlzələ nəqliyyatı iflic edəcək, mərkəzi yolları, körpüləri uçuracaq, onlarla şəhəri bir anda külə çevirə biləcək yanğınlara səbəb olacaq.

Keçən həftə son yüz ildə müşahidə olunan ən güclü zəlzələ Meksikanın payına düşüb. Kaliforniya da Meksika ilə eyni dərəcədə seysmik fəal zona hesab olunur. Amerikalı alimləri əsas narahat edən amillərdən biri də məhz budur.

ABŞ-a əsasən Meksikada ən güclü zəlzələ 8,1 bal gücündə olub.

Müqayisə üçün deyək ki, 1906-cı ildə San-Fransiskoda qeydə alınan 4 bal gücündə zəlzələ nəticəsində 3000 insan həlak olmuşdu.

Kaliforniyada gözlənilən zəlzələ Meksika ilə müqayisədə dəfələrlə çox dağıntılara və insan təlafatına səbəb olacaq. Bildirilir ki, zəlzələ nəticəsində həlak olanların sayı "Katrina" qasırğası zamanı ölənlərin (1800 nəfər) sayından çox olacaq.

Mütəxəssislər təhlükəni daha dəqiq rəqəmlərlə ifadə ediblər: baş verəcək yanğınlarda 900, binaların dağılması nəticəsində dağıntılar altında ən az 400, müxtəlif ağır dərəcəli xəsarətlərdən təxminən 250, nəqliyyatda isə yol qəzaları zamanı təxminən 150 nəfərin həlak ola biləcəyi ehtimal olunur. Milyonlarla insan evlərindən təxliyyə ediləcək.