“Gülər Əhmədova qovalayıb, mən qaçmışam”

guler-ehmedova-qovalayib-men-qacmisam-
Oxunma sayı: 648

- Azərbaycanda müdafiə sistemi bərbad vəziyyətdədir. Jurnalistləri bu cür müdafiə etmək olmaz. Dörd vəkildən biri vaxtında prosesə gəlmir. Kristof Ştrasser məni siyasi məhbusların siyahısına salıb. Bu ölkədə hamı susub oturub. Jurnalistin başından bir tük əskik
olanda jurnalistləri müdafiə edən bütün təşkilatlar onun yanında olmalıdır. Mən demirəm ki, hanı Əflatun Amaşov, hanı Vüqar Səfərli? Mən soruşuram ki, hanı RATİ? Dörd aydır Emin Hüseynovla görüşə bilmirəm. Mən ən çox dostlarımı tənqid edirəm.

Prosesdə vəkil Elçin Sadıqov Əvəz Zeynallıya suallar verib. Əvəz Zeynallı bildirib ki, Gülər Əhmədova haqında qəzetdə məqalələr yazıb:

- Yazmışam ki, Gülər Əhmədovanın qəzeti bağlanır, yazmışam ki, Gülər Əhmədova maaş vermir, qonorar vermir. Amma onun şəxsi həyatı ilə bağlı məndə məlumat olmayıb və bu barədə yazmamışam. Gülər Əhmədova məni qovalayıb, mən qaçmışam. Neçə adamdan xahiş edib ki, ona deyin telefonu götürsün. Rauf Arifoğlunun xahişi ilə bir dəfə telefonuna cavab vermişəm. Onda da çox qısa danışmışıq.

Elçin Sadıqov:
- Siz Gülər Əhmədovanın şəxsi həyatı ilə bağlı yazılar dərc etmisinizmi?

Əvəz Zeynallı:
- Mən heç bir zaman heç bir kəsin şəxsi həyatı ilə bağlı yazılar dərc etməmişəm.

Elçin Sadıqov:
- Bəs onda siz nə yazmışdınız ki, Gülər Əhmədova deyir, qorxdum o yazılara görə oğlanlarım Əvəz Zeynallını öldürər?

Əvəz Zeynallı:
- Vallah bilmirəm. Mən bunu ittiham tərəfindən də soruşdum. Məhkəmədə onun özü də dinlənildi, oğlu da, yalançı şahidləri də... Cinayət işi də əlimizdədir. Gözünüzün qarşısında dəfələrlə oğlundan da soruşdum, Güləri məhkəməyə gətirdə bilmədilər ki, ondan da soruşam söhbət hansı yazılardan gedir. Biz onu bilmirik. Eyni zamanda istintaq onu araşdırmayıb və ittiham tərəfinin də o haqda məlumatları yoxdur. Bu günə qədər də mənə qaranlıq qalan odur ki, Gülər Əhmədovanı nə narahat edib. Amma proseslərin gedişi onu göstərdi ki, Gülər Əhmədova o zaman da “Xural”da Elşad Abdullayevin indi məşhurlaşan mandat alveri videolarını axtarıb.

Elçin Sadıqov:
- O videolar sizdə olub?

Əvəz Zeynallı:
- Yox.

Vəkilin başqa suallarını cavablandıran Əvəz Zeynallı deyib ki, ona qarşı çirkli bir plan həyata keçirilib. Jurnalist Gülər Əhmədovadan pul istəmədyini vurğulayıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub. 2002-ci ildə yaradılan “Xural” qəzeti 2011-ci ilin oktyabrından nəşrini dayandırıb. /mediaforum.az/