Güləşçilərimiz davam edir

gulescilerimiz-davam-edir
Oxunma sayı: 642

Azerisport.az xəbər verir ki, turnirin beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulurlar. Məlum olduğu kimi, sərbəst güləş üzrə yığmamız dünya birinciliyinə 8 idmançı ilə yollanıb. Onlar aşağıdakılardır: Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli Maqomedabirov (120 kq). Bu gün onlardan dördü qızıl medal uğrunda mübarizə aparacaq.

50 kq-da yarışan Mircəlal Həsənzadə startda Monqolustan idmançısı Maydar Batçulunla üz-üzə gələcək.

60 kq-da mübarizə aparan Toğrul Əsgərov isə ilk döyüşündə Ermənistan güləşçisi Valodya Franqulyanı məğlub etməlidir.

74 kq-da qüvvəsini sınayan İbrahim Yusubov startda ABŞ təmsilçisi Alan Teylor Massanı mübarizədən kənarlaşdırmalı olacaq.

Nəhayət, 96 kq çəki dərəcəsində Aslanbek Alborov albaniyalı Emilian Sinameta ilə qarşılaşacaq.

Xatırladaq ki, yarışın ilk iki günündə yunan-roma güləşçilərimiz 3 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. Vilayət Qəhrəmanlı isə qızıl medal qazanmışdı. Beləliklə, komanda hesabında Azərbaycan 38 xalla 2-ci olmuşdu. Lakin təəssüf ki, qızlardan ibarət yığmamız bu mənada heç bir uğur qazana bilmədilər.