Gülnarə Kərimova həbsxanadan çıxarıldı

gulnare-kerimova-hebsxanadan-cixarildi
Oxunma sayı: 6805

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsxanadan çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə Kərimovanın vəkili Qrequar Manja bildirib.

Tvitterdə paylaşım edən hüquqşunas bildirib ki, o, Gülnarə ilə görüşmək üçün həbsxananın dəhlizində 6 saat gözləsə də, buna icazə verilməyib. Həmin müddət ərzində türmənin ərazisini bir neçə təcili yardım maşını tərk edib.

Manja Gülnarənin də həmin maşınlardan birində oluğunu iddia edib. Lakin, hüquqşunas müştərisinin səhhəti barədə hər hansı bir məlumata sahib olmadığını bildirib.