Gülşən Azərbaycandakı konsertinə yarıçılpaq çıxdı- - Fotolar

gulsen-azerbaycandaki-konsertine-yaricilpaq-cixdi-
Oxunma sayı: 10505

Türkiyənin tanınmış müğənnisi Gülşənin Bakıda solo konserti baş tutub. “Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev sarayında baş tutan konsertə ifaçı “Yatcaz kalkcaz” mahnısı ilə  start verib.

“Mən azərbaycanlıları çox sevirəm. Siz təsəvvür edə bilmərsiniz ki, mənə necə doğmasınız. Bu konsertə ciddi hazırlaşmışam, bu günü çoxdan gözləyirdim. Rəqslərimlə və mahnılarımla sizi ovsunlayacağıma inanıram. Bu gün çoxlu əylənəcəyik”-, deyə sənətçi təəssüratlarını bölüşüb.

 Cəsur geyimi və rəqsləri ilə tamaşaçıları təəccübləndirən ifaçı sonda Röya ilə “Sarışınım” mahnısını duet oxuyub.

Konsertdə Zamiq Hüseynov, Sevda Yahyayeva, Eldar Qasımov, Abbas Bağırov, şoumen Murad Dadaşov, aparıcı Kamilə Babayeva və başqa tanınmış simalar iştirak edib. 


Könül