“Günay Bank” “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verdi

gunay-bank-serfeli-kart-qalmadi-vaxt-kampaniyasina-start-verdi
Oxunma sayı: 1175

“Günay Bank” “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verib.

"Qafqazinfo" xəbər verir ki, bank öz kartlarının qiymətini 20 % endirib.

Azərbaycan bankçılıq sistemində özünəməxsus inkişaf siyasətini həyata keçirən “Günay Bank” ASC kartlarla bağlı “Yay” kampaniyasını bitirməmiş vətəndaşlaırn tələbatını nəzərə alaraq yeni və endirim dolu “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verib.

Belə ki, “Günay Bank”-ın satış üçün təqdim etdiyi ödəniş kartlarının demək olar ki, hamısı – MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum kartları yalnız cari ilin sonuna qədər 20 faiz endirimlə əldə oluna bilər.

MasterCard Standard oldu 16 AZN

MasterCard Gold oldu 32 AZN

MasterCard Platinum oldu 56 AZN

“Günay Bank” davamlı olaraq yeni kampaniyalarını təqdim edəcək və bu kimi layihələrin icrasında vətəndaşların rifahını və maraqlarını nəzərə alacaq.