Günaydan “Ürəyimin qatili” - Video

gunaydan-ureyimin-qatili
Oxunma sayı: 3139

Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi “Ürəyimin qatili”ni ekranlaşdırmaq üçün rejissor Əli Fərhada müraciət edib.

Üç obrazda kamera qarşısına keçən İbrahimlinin klipi bu gün rəsmi Youtube səhifəsində yerləşdirilib.

Gənc ifaçı yeni musiqi layihəsi barəsində də açıqlama verib: “İnanıram ki, yeni mahnım və klipim hitə çeviriləcək. Payız aylarında dinləyə biləcəyiniz bir bəstədir. “Ürəyimin qatili”nin sözləri Fərdi Quliyev, musiqisi Pərviz Mahmudovdur. Artıq rəsmi "Youtube" səhifəmə yerləşdirilib. Uğurlu iş üçün rejissor Əli Fərhada təşəkkürlər. Dinləyin, zövq alın və payızın dadını çıxarın”.