Gürcü hökuməti İlham Əliyevə təşəkkür edib

gurcu-hokumeti-ilham-eliyeve-tesekkur-edib
Oxunma sayı: 667

Gürcüstan hökuməti meşə yanğınlarının söndürülməsi üçün iki vertolyot göndərən Azərbaycan hökumətinə, şəxsən prezident İlham Əliyevə təşəkkür edib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, Daba kəndi yaxınlığında yerləşən meşə sahəsində avqustun 20-dən bəri başlayan yanğın məhdudlaşdırılıb. Ümumilikdə yanğın beş hektardan çox meşə sahəsini məhv edib. Güclü külək və çətin relyef səbəbindən yanğını tam söndürmək mümkün olmayıb.