Gürcüstan-Azərbaycan sərhədində quş ovu qadağan edilir

gurcustan-azerbaycan-serhedinde-qus-ovu-qadagan-edilir
Oxunma sayı: 953

Gürcüstanın Kaxeti bölgəsində, Azərbaycanla sərhəddəki Samux vadisində quşların ovlanması qadağan edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Aləm və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qadağa fevralın 13-dən qüvvəyə minəcək. 

Araşdırma nəticəsində məlum olub ki, ovçuların açdığı atəş ceyranları qorxudur və onlar meşənin dərinliyinə qaçmaq məcburiyyətində qalırlar. Bu isə ceyranların vəhşi heyvanlar tərəfindən ovlanması ilə nəticələnir. 

Qeyd edilir ki, Gürcüstan 2013-cü ildən Təbiətin Mühafizəsi Ümumdünya Fondunun Qafqazdakı nümayəndəliyinin təşəbbüsü ilə ceyranların sayının bərpası layihəsini həyata keçirir. Bu məqsədlə Azərbaycandan Gürcüstana 70-dən çox növ aparılıb.